"Qəbələ" paytaxt səfərində "Sabah"a uduzdu - YENİLƏNDİ

"Qəbələ" paytaxt səfərində "Sabah"a uduzdu - YENİLƏNDİ

Futbol üzrə Azərbaycan Premyer Liqasında 23-cü tura bu gün yekun vurulub.

"Mediasport" xəbər verir ki, son oyun günündə bir matç keçirilib.

"Qəbələ" Masazır stadionunda liderin qonağı olub və böyük hesabla uduzub.

Turun əvvəlki görüşlərində "Karvan-Yevlax" "Sumqayıt"la (1:1), "Şamaxı" "İmişli" ilə (0:0), "Zirə" "Kəpəz"lə (2:2) bərabərə qalıb.

Son çempion "Qarabağ" "Araz-Naxçıvan"ı darmadağın (6:0) edib, "Turan Tovuz" "Neftçi"yə qalib gəlib (1:0).


Azərbaycan Premyer Liqası. 23-cü tur


“Sabah” - “Qəbələ” 7:1

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, Kamran Əliyev

VAR: Nicat İsmayıllı

AVAR: Cəmil Quliyev

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Nəriman Axundov