"Kəpəz" qış fasiləsində üçüncü transferini reallaşdırdı
Mövsümün ikinci hissəsinə hazırlaşan "Kəpəz" qış fasiləsində üçüncü transferini reallaşdırıb.
Gəncə klubundan "Mediasport"a verilən məlumata görə, "sarı-göylər" Rəhman Hacıyevlə anlaşıblar.
"Bakı"nın yetirməsi ilə anlaşma 5 ay+1 il nəzərdə tutulub.
Qərb təmsilçisi Premyer Liqada qalsa, razılaşmanın ikinci bəndi avtomatik qüvvəyə minəcək.
Mövsümün ilk yarısını "Səbail"də keçirmiş Azərbaycan millisi və "Neftçi"nin sabiq üzvü yeni komandasında aylıq 10 min manat məvacibə razılaşıb.
Xatırladaq ki, gəncəlilər onadək "Turan Tovuz"dan ayrılan Veysəl Rzayev və “Samqurali”dən Mate Abuladzeni heyətə qatıblar.
