İki "Şamaxı"lı mükafat aldı

İki "Şamaxı"lı mükafat aldı

“Ayın qolu” layihəsi çərçivəsində avqust və sentyabr aylarının ən yaxşı qollarının müəllifləri olan “Şamaxı” klubunun futbolçuları Dioqo Balau və Andrey Tirkoveanu mükafatlandırılıb.

"Mediasport" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Onlara mükafatları Misli Premyer Liqasının VIII turunun “Şamaxı” – “Kəpəz” görüşündən əvvəl Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov təqdim edib.