Namiq Əlizadə "Neftçi"dən getdi

Namiq Əlizadə "Neftçi"dən getdi

“Neftçi” PFK-nın Maliyyə direktoru Namiq Əlizadə vəzifəsindən ayrılıb.

"Mediasport" xəbər verir ki, 2023-cü ildən "ağ-qaralar"da çalışan Əlizadə bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.

Mütəxəssis klubla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini açıqlayıb.