PFL-in prezidenti Elxan Səmədov Emin Mahmudovu mükafatlandırdı

Azərbaycan Premyer Liqasında mövsümün sonuncu ayının qalibi mükafatlandırılıb.
"Mediasport" xəbər verir ki, may ayının ən yaxşı qolunun müəllifi seçilmiş "Neftçi"nin üzvü Emin Mahmudova mükafat AFFA-nın inzibati binasında təqdim olunub.
Yarımmüdafiəçiyə mükafatı Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov verib.