"Kəpəz" antirekordçu oldu

"Kəpəz" antirekordçu oldu

"Kəpəz" futbol üzrə Azərbaycan çempionatının 1-ci turunda "Sumqayıt"a məğlub olub (0:3).

"Mediasport" xəbər verir ki, Gəncə təmsilçisi Premyer Liqa tarixində 60-cı böyükhesablı məğlubiyyətini alıb.

"Sarı-göylər" bu göstəricidə antirekordçudur. "Kəpəz" 19 dəfə evdə, 41 dəfə səfərdə üç və ya daha çox top fərqi ilə uduzub.

Gəncə təmsilçisi ilk belə məğlubiyyəti 1995-ci il sentyabrın 10-da "Qarabağ"la səfər oyununda alıb - 0:3.