"Futbolçular belə komandalarla oyuna köklənməkdə problem yaşayırlar" - Kurban Berdıyev
"Vacib iki xal itirdik. Oyunun ikinck hissəsi fərqli alındı. Növbəti oyuna hazırlaşacağıq".
"Mediasport" xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev deyib.
Mütəxəssis Azərbaycan premyer Liqasının 24-cü turunun "Kəpəz"lə səfər oyunu haqda danışıb, 1:1 hesablı heç-heçəni şərh edib.
O bildirib ki, əvəzetmədən meydana daxil olan Faiq Hacıyev səhvlərə yol verirdi:
"Faiq uzun müddət oynamırdı. Ona görə səhvlər edirdi. Roderik Miller də zədəli idi.
Bu gün xal itirməyimiz emosiya məsələsidir. Futbolçular belə komandalarla oyuna köklənməkdə problem yaşayırlar".
