Yankoviç "Sumqayıt"a keçdi - RƏSMİ

“Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.
"Mediasport" xəbər verir ki, Premyer Liqa təmsilçisi son olaraq Serbiyanın “Radniçki” klubunda çıxış etmiş Aleksa Yankoviçlə 2+1 illik müqavilə imzalayıb.
25 yaşlı cinah oyunçusu “Sumqayıt”ın heyətində “11” nömrəli formada çıxış edəcək.
Serbiya nəəhngi “Partizan”ın yetirməsi ölkəsində “Vozdovaç”, “Çukariçki”, “Radnikçi” klublarının uğurları üçün çalışıb.
Yankoviç Serbiyanın U-16, U-17, U-18, U-19 və U-21 millilərində də çıxış edib.