Ukraynalı məşqçi Azərbaycan klubu ilə müqavilə bağladı
Andrey Demçenko “Araz-Naxçıvan”ın baş məşqçisi təyin olunub.
"Mediasport" xəbər verir ki, ukraynalı mütəxəssislə anlaşma “5 ay+1 il” anlaşmasını əhatə edir.
Məşqçilik fəaliyyətinə 2011-ci ildə başlayan Demçenko vətənində “İmeks”, “Metallurq” (Zaporojye), “Veres”, “Lvov”, “Metallist 1925”, “Bukovina” klublarını çalışdırıb.
O, müxtəlif illərdə Özbəkistanın “Obod”, Gürcüstanın “Dila” və “Dinamo” (Batumi) komandalarına rəhbərlik edib.
50 yaşlı mütəxəssis Bakıya gələnə qədər Qazaxıstan “Jenis”inin baş məşqçisi olub.
Ukraynalı baş məşqçinin köməkçiləri barədə əlavə əlavə məlumat veriləcək.

