Kevin de Brüyne "Qarabağ"la oyunda meydana çıxmayacaq
UEFA Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ"ın rəqibi olacaq İtaliyanın "Napoli" klubu ciddi itki ilə üzləşib.
"Mediasport" xəbər verir ki, Neapol təmsilçisinin aparıcı futbolçulsu Kevin de Brüyne zədələnib.
Belçika milli komandasının üzvü A Seriyasının 8-ci turunun "İnter"lə görüşündə ilk hissədə sıradan çıxıb.
Yarımmüdafiəçinin 3-4 ay yaşıl meydanlardan kənar qalacağı bildirilir.
Xatırladaq ki, Azərbaycan çempionunun "Napoli" ilə qarşılaşması noyabrın 26-da İtaliyada baş tutacaq.
