"Nəticə bir nömrəli vəzifə deyil, amma qələbə qazanmaq xoşdur"
"Nəticə bir nömrəli vəzifə deyil, amma istənilən halda, qələbə qazanmaq xoşdur. Futbolçularımı təbrik edirəm".
"Mediasport" xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Yuri Vernidub deyib.
Ukraynalı mütəxəssis Sloveniya toplanışı çərçivəsində Serbiyanın “Radniçki Niş” klubu ilə yoxlama oyunu haqda fikirlərini bölüşüb:
“Sınaq matçlarında əsas məsələ futbolçuları yoxlamaq, taktiki gedişlərin üzərində işləməkdir. Yaxşı oyun keçirdik.
Həm ilk, həm də ikinci hissədə meydana çıxan oyunçular əllərindən gələni etdilər. Bəzi futbolçuları fərqli mövqelərdə də yoxladıq.
Yolumuza davam edirik. Artıq hazırlığın son mərhələsindəyik. Qarşıda daha bir oyunumuz var. Ondan sonra Bakıya qayıdacağıq.
Bir-iki günlük istirahətdən sonra isə artıq Konfrans Liqası matçına hazırlaşacağıq. Komandanın vəziyyəti – həm fiziki, həm də mental cəhətdən yaxşıdır”.
Xatırladaq ki, dünən 3:0 hesablı qələbə qazanan "ağ-qaralar" toplanışda ÇFR (Rumıniya, 1:2) və "Partizan"a (Serbiya, 0:1) məğlub olublar.


