AFFA futboldan qovduğu məşqçinin cəzasını 3 ildən 5 ilə qədər artırdı
AFFA İntizam Komitəsi tərəfindən bu ilin avqustunda futbolçuların sənədləşdirilməsində saxtakarlığa yol verdiyi üçün futboldan 3 il müddətinə uzaqlaşdırılan Məmmədəli Ağatalıbovun cəzası artırılıb.
"Mediasport" xəbər verir ki, qərar komitənin bugünkü toplantısında çıxarılıb.
Futbolçuların sənədlərini təhrif etdiyinə görə futbolla bağlı fəaliyyətinə qadağa qoyulmuş "Binə" klubunun keçmiş məşqçisi digər klublar üçün də eyni qayda pozuntusuna yol verib.
İntizam Komitəsi bu səbəbdən Ağatalıbovun cəzasını daha 2 il artırıb.

