"Neftçi"nin sabiq hücumçusu Braziliya klubunda oynayacaq
2023-2024-cü illərdə "Neftçi"də oynamış Andre Şinyaşiki özünə yeni komanda tapıb.
"Mediasport" xəbər verir ki, braziliyalı hücumçu karyerasını ölkəsində davam etdirəcək.
29 yaşlı forvard B Seriyasına vəsiqə qazanna “Santa Kruz” klubu ilə anlaşıb.
Qeyd edək ki, cənubi amerikalı "ağ-qaralar"ın heyətində 38 oyuna 5 qolla yadda qalıb.

