Mahir Emreli 2-ci Bundesliqada növbəti dəfə sevinə bilmədi

Mahir Emreli 2-ci Bundesliqada növbəti dəfə sevinə bilmədi

Almaniya 2-ci Bundesliqasında 3-cü tura start verilib.

"Mediasport" xəbər verir ki, Azərbaycan milli komandasının futbolçusu Mahir Emrelinin komandası "Kayzerslautern" "Elversberq"ə uduzub (1:2).

Mahir oyuna əsas heyətdə başlayıb və 72-ci dəqiqədə əvəzlənib.

Emrelinin formasını geyindiyi klub bu mövsüm çempionatın ilk matçında məğlub olub, 2-ci turda isə "Şalke" üzərində qələbə qazanıb.

Xatırladaq ki, "Kayzerslautern" yarışın turnir cədvəlində 3 xalla 13-cü pillədə qərarlaşıb.