Milli komandamız Bakıda Gürcüstan yığmasını məğlub etdi

Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununu keçirib.
"Mediasport" xəbər verir ki, komandamız Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.
Matç millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qələbə qolunu 73-cü dəqiqədə Tunar Bayramov vurub.