Milli komandamız Ukrayna ilə oyunöncəsi məşqinə çıxdı - FOTO

Futbol üzrə Azərbaycan milli komandası sabah Ukrayna ilə qarşılaşacaq.
"Mediasport" xəbər verir ki, yığmamız 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə qrup mərhələsinin oyunundan öncə son məşqinə çıxıb.
Millimizi Ukrayna ilə matça 21 yaşadək futbolçulardan ibarət yığmanın baş məşqçisi Ayxan Abbasov çıxaracaq.
Buna səbəb AFFA rəhbərliyinin portuqaliyalı Fernandu Santuşla müqaviləyə qarşılıqlı razılıqla xitam verməsi səbəb olub.
Azərbaycan - Ukrayna qarşılaşması sabah saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.