RƏSMİ: AFFA Fernandu Santuşa milyonlarla təzminat ödədi

AFFA ötən ay istefaya göndərdiyi milli komandanın baş məşqçisi Fernandu Santuşa təzminat ödəyib.
"Mediasport" xəbər verir ki, bunu federasiyanın baş katibi Cahangir Fərəcullayev açıqlayıb.
Qurum rəsmisi portuqaliyalı mütəxəssislə xitam verilən müqavilənin şərtlərinə tam əməl olunduğunu bildirib.
Xatırladaq ki, Santuş 2024-cü ilin iyun ayından 2025-ci ilin sentyabr ayına kimi yığmamızın baş məşqçisi olub.
70 yaşlı pireneylinin müqavilə əsasında tələb etdiyi təzminat məbləğinin 2 milyon avrodan çox olduğu deyilirdi.