Azərbaycan millisi Bolqarıstan səfərindən xalla qayıdır - AÇ-2027
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün AVRO-2027-nin seçmə mərhələsində növbəti oyununu keçirib.
"Mediasport" xəbər verir ki, Rəşad Eyyubovun baş məşqçisi olduğu komanda B qrupunun 8-ci turu çərçivəsində Bolqarıstan yığmasının qonağı olub.
Bakıdakı matçda olduğu kimi, Plovdivdə də qalib müəyyənləşməyib.
Xal ehtiyatını 6-ya çatdıran U-21 6 komandalı qrupda 5-ci pillədə qərarlaşıb.
Komandamız qrupda bunadək səfərdə Cəbəllütariqə qalib gəlib (1:0), Bakıda Şotlandiya (3:3) və Bolqarıstanla (1:1) heç-heçə edib, səfərdə Çexiyaya (0:5) və hər iki dueldə Portuqaliyaya (0:5, 0:4) uduzub.
AVRO-2027. Seçmə mərhələ. B qrupu. 8-ci tur
Bolqarıstan - Azərbaycan 0:0
Baş hakim: Denis Şurman
Yan xətt hakimləri: Dmitro Zaporojenko, Viktor Nijnik
Dördüncü hakim: Dmitro Pançişin (hakimlər briqadası Ukraynadandır)
Bolqarıstan, Plovdiv, “Xristo Botev” stadionu.
