Milli komandamız Monteneqro yığması ilə bərabərə qaldı

Milli komandamız Monteneqro yığması ilə bərabərə qaldı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama görüşünü keçirib.

"Mediasport" xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Görüçdə qapılara qol vurulmayıb.

Qeyd edək ki, U-21 iyunun 4-də keçirdiyi ilk yoldaşlıq matçında səfərdə Belarusa 1:3 hesabı ilə uduzmuşdu.


Yoldaşlıq oyunu


Azərbaycan - Monteneqro 0:0

Baş hakim: Rəşad Əhmədov

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu