Mahir Emrelidən Polşa klubunda 11-ci matçında 6-cı qol - VİDEO

Mahir Emrelidən Polşa klubunda 11-ci matçında 6-cı qol - VİDEO

Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Polşanın “Rakuv” klubunda növbəti qolunu vurub.

"Mediasport" xəbər verir ki, forvard Polşa çempionatının 6-cı turunun “Qurnik”lə (Zabje) qarşılaşmasında fərqlənib.

Lakin yığma üzvünün qolu komandasını məğlubiyyətdən xilas etməyib - 1:2.

Bu, Emrelinin icarə əsasında oynadığı Çestoxova təmsilçisinin heyətində 11-ci matçında 6-cı qolu olub.

Ekstraklasada keçirdiyi 5 görüşün hamısında uduzan "Rakuv" turnir cədvəlində sonuncudur.