"Yaxşı oyunla macarlara qalib gələ bilərik" - Bəhlul Mustafazadə

"Macarıstan millisi keyfiyyətli komandadır. Evdə oynayırıq və şansları bərabər hesab edirəm"
"Mediasport" xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Bəhlul Mustafazadə deyib.
Müdafiəçi sabah Macarıstan yığması ilə keçiriləcək yoldaşlıq oyunundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib:
"Layiqli mübarizə aparmağa çalışacağıq. Düşünürəm ki, yaxşı oyunla macarlara qalib gələ bilərik. Baş məşqçinin verdiyi bütün tapşırıqları doğru yerinə yetirməyə çalışacağıq”.
Qeyd edək ki, “Liv Bona Dea Arena”da təşkil olunacaq matç saat 20:00-da başlanacaq.