AVRO-2027: Millimiz bu dəfə Şimali İrlandiyaya uduzdu
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ikinci oyununu keçirib.
"Mediasport" xəbər verir ki, 13-cü qrupda yer alan yığmamız Maltanın Ta Qali şəhərində təşkil olunan raundda Şimali İrlandiyanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.
Görüş rəqibin qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, Elxan Abdullayevin baş məşqçisi olduğu milli ilk turda Çexiyaya 1:6 hesabı ilə uduzub.
AVRO-2027. Seçmə mərhələ. 13-cü qrup. 2-ci tur
Şimali İrlandiya - Azərbaycan 1:0
Baş hakim: Sayat Karabayev (Qazaxıstan)
Baş hakimin köməkçiləri: Aleksey Dolqix (Qazaxıstan), Andrea Pavia Skiavone (Malta)
Dördüncü hakim: Ezekiel Barbara (Malta)
