Azərbaycan millisinin Litva ilə matçı portuqal hakimlərə tapşırıldı
Oktyabrın 4-də UEFA Millətlər Liqasınını 3-cü turu çərçivəsində Bakıda keçiriləcək Azərbaycan - Litva oyununun hakimləri məlum olub.
"Mediasport" xəbər verir ki, D Liqasının 2-ci qrupunun görüşünü Portuqaliyadan olan ədalət təmsilçiləri idarə edəcəklər.
Baş hakim Qustavo Korreyaya yan xətlərdə Andre Filipe Nogeyra Diaş və Andreya Souza yardımçı olacaqlar.
Dördüncü hakim funksiyasını Migel Andre Monteyro Fonseka yerinə yetirəcək.
VAR-da Bruno Esteves, AVAR-da Ana Klaudiya Silva Ribeyru oturacaq.
8-ci km qəsəbə stadionunda baş tutacaq qarşılaşma saat 17:00-da start götürəcək.

