"Medal qazanmağın qürurunu körpəmlə birlikdə yaşayıram"

"Dünya Oyunlarında medal qazanmağın qürurunu körpəmlə birlikdə yaşayıram. Bəlkə də, bu yaşadıqlarım bir yuxudur".
"Mediasport" xəbər verir ki, bu sözləri Çində keçirilən Dünya Oyunları turnirində gümüş medal qazanan karateçimiz İrina Zaretska sosial şəbəkə hesabında etdiyi paylaşımda yazıb.
Gümüş medal qazandığı üçün sevincli olan dünya və Avropa çempionu məşqçilərinə də təşəkkür edib:
"Dəstək olanlara sonsuz minnətdaram. Məni siz ruhlandırdınız. Bu medal komandanın ümumi əziyyətinin bəhrəsidir. Sizdən dəstək aldığım üçün çox şanslıyam".
Xatırladaq ki, 68 kq çəki dərəcəsində yarışan Zaretska Elena Quirici (İsveçrə) ilə görüşdə məğlub olub.