"Milan"ın əfsanəsi: "Qarabağ" pis oyun göstərmədi, sadəcə..."

"Milan"ın əfsanəsi: "Qarabağ" pis oyun göstərmədi, sadəcə..."

“Qarabağ” pis oyun göstərmədi. Hücumda yaxşı aktiv idilər. Sadəcə, "Napoli" yaxşı müdafiə olundu".

"Mediasport" xəbər verir ki, bunu "Milan"ın əfsanəvi hücumçusu Zvonimir Boban deyib.

Hazırda vətənində Zaqreb "Dinamo"sunun prezidenti olan xorvatiyalı UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda keçirilmiş "Napoli" - "Qarabağ" oyunu haqda "Sky Sports"a danışıb.

Klub rəhbəri bildirib ki, Azərbaycan çempionu yaxşı təsir bağışladı:

"Buna baxmayaraq, "Napoli" daha aqressiv idi. Futbolçuları oyuna çox ciddi və tam konsentrasiya olmuşdular".

Xatırladaq ki, İtaliyada baş tutan görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0.