"Qarabağ"dan 9-cu transfer gəlir
Aktiv transfer dövrü keçirən “Qarabağ” daha bir legionerin keçidini həll etmək üzrədir.
"Mediasport"a verilən məlumata görə, Ağdam klubu Serbiyanın “Partizan” klubundan Nihad Muyakiçi heyətinə qatmağa yaxındır.
Bosniya və herseqovinalı mərkəz müdafiəçisi son mövsümü icarə əsasında Türkiyənin "Eyüpspor" və "Qaziantep" komandalarında keçirib.
28 yaşlı stoperin "Partizan"la müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.
O, daha əvvəl vətənində “Sarayevo”, Belçikada “Kortriyk” və "Vaasland-Beveren", həmçinin Xorvatiyada “Hayduk”un formasını geyinib.
2023-cü ildən dəvət aldığı Bosniya və Herseqovina milli komandasında 12 oyun keçirib, 1 qol vurub.


