"Kəpəz"ə lazım olmayan müdafiəçi Qazaxıstan Premyer Liqasına getdi

“Kəpəz”in yola saldığı Yeqor Xvalkonun yeni klubu məlum olub.
"Mediasport" xəbər verir ki, belaruslu müdafiəçi karyerasını Qazaxıstanda davam etdirəcək.
Gəncə təmsilçisinin sabiq kapitanı “Tobol”la müqavilə bağlayıb.
Xatırladaq ki, Xvalko 2022-ci ildən forma geyindiyi "Kəpəz"in heyətində 95 çempionat matçında 3 qolla yadda qalıb.