Milli və "Qarabağ"ın sabiq futbolçusu 1-ci Liqa klubunda

 Milli və "Qarabağ"ın sabiq futbolçusu 1-ci Liqa klubunda

Futbol üzrə Azərbaycan 1-ci Liqası təmsilçisi "Difai" heyətini yeni futbolçu ilə gücləndirib.

"Mediasport" xəbər verir ki, "fədailər" Əsgər Hüseynovla anlaşıblar.

26 yaşlı müdafiəçi ilə 1 illik müqavilə bağlanıb.

Hüseynovun son komandası "Şəfa" olub. O, daha əvvəl "Qarabağ" (U-19), "Qarabağ-2" , "Neftçi-2" , "Araz-Naxçıvan" , "Mingəçevir" , "İmişli" klublarında forma geyinib.

Futbolçu Azərbaycanın U-17, U-19 və U-21 millilərində də çıxış edib.