"Səbail"in yetirməsi karyerasını 1-ci Liqa klubunda davam etdirəcək

 "Səbail"in yetirməsi karyerasını 1-ci Liqa klubunda davam etdirəcək

Futbol üzrə Azərbaycan 1-ci Liqasında yeni mövsümə iddialı başlamağı hədəfləyən "Difai" heyət çalışmalarını davam etdirir.

"Mediasport" xəbər verir ki, komandanın yeni baş məşqçisi Araz Bağırov komandaya yeni futbolçu götürüb.

Bugünlərdə geniş seleksiyaya start verəcək kollektivə Tural Mirsultanov qoşulub.

Qapıçı ilə növbəti mövsümün sonunadək nəzərdə tutulan müqavilə bağlanıb.

21 yaşlı futbolçu 2018-ci ildən bu yana yetirməsi olduğu "Səbail"in əvəzedici koamndasında forma geyinib.