Bölgə klubunun futbolçusu "Ayın qolu" layihəsinin qalibi seçildi

 Bölgə klubunun futbolçusu "Ayın qolu" layihəsinin qalibi seçildi

Futbol üzrə Azərbaycan 1-ci Liqasında "Ayın qolu" layihəsinin qalibi müəyyənləşib.

"Mediasport" xəbər verir ki, qalib "Zaqatala"nın futbolçusu Əfqan Əliyev seçilib.

Münsiflər heyətinin seçiminə əsasən, Əliyevin 2-ci turda “Baku Sportinq”in qapısına vurduğu qol digər namizədləri qabaqlayıb.

Ona mükafatı 4-cü turun "Şahdağ Qusar"la matçından əvvəl Peşəkar Futbol Liqasının Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.