Yığmamız Ukraynaya məğlub oldu
Qadın basketbolçulardan ibarət U-20 Azərbaycan millisi Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa Çempionatının B divizionunda növbəti matçını keçirib.
"Mediasport" xəbər verir ki, komandamız Ukrayna bakstebolçuları ilə qarşılaşıb.
Görüş rəqibin qələbəsi ilə yekunlaşıb - 79:58.
Yığmamız sabah Bakı vaxtilə saat 21:15-də 9–14-ci yerlər uğrunda Bosniya və Herseqovina seçməsi ilə duelə çıxacaq.
Xatırladaq ki, U-20 mübarizəyə başladığı A qrupunda İrlandiya (81:93) və Yunanıstana (63:79) uduzub, Albaniya millisini məğlub (88:60) edib.


