"Sabah"ın Çempionlar Liqasında potensial rəqibləri məlum oldu

"Sabah"ın Çempionlar Liqasında potensial rəqibləri məlum oldu

Azərbaycanı yeni mövsüm FİBA Çempionlar Liqasının əsas mərhələsində təmsil edəcək "Sabah" basketbol klubunun potensial rəqibləri müəyyənləşib.

"Mediasport" xəbər verir ki, püşkatmadan əvvəl səbətlərin tərkibi açıqlanıb.

Azərbaycan çempionu 3-cü səbətdə yer alıb.

1-ci səbət: AEK (Yunanıstan), “Alba” (Almaniya), “Drimland” (İspaniya), “Qalatasaray” (Türkiyə), “Yoventut” (İspaniya), “La Laquna” (İspaniya), “Ritas” (Litva), “Unikaxa” (İspaniya);

2-ci səbət: “Nimburk” (Çexiya), “Filu” (Belçika), “Hapoel Nataniel” (İsrail), “İqokea” (Bosniya və Herseqovina), “Promiteas Vikos Kola” (Yunanıstan), “Benfika” (Portuqaliya), “Tofaş” (Türkiyə), “Riqa” (Latviya);

4-cü səbət: “Karditsa” (Yunanıstan), “MLP Akademiks” (Almaniya), “Pallakanestro” (İtaliya), “Spartak Ofis Şoes” (Serbiya), “Trapani” (İtaliya) və seçmə mərhələlərin üç qalibi.

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi iyulun 2-də Lozannada (İsveçrə) keçiriləcək.