Yeni mövsüm bu gün başlanır

 Yeni mövsüm bu gün başlanır

Azərbaycan Basketbol Liqasında 2025/2026-cı illər mövsümü bu gün start götürəcək.

"Mediasport" xəbər verir ki, ik oyun günündə 1 duel baş tutacaq.

Cari çempion "Sabah" "Neftçi" ilə qarşılaşacaq. Görüş saat 19:00-da Bakı İdman Sarayında başlanacaq.

Tura oktyabrın 2-də yekun vurulacaq.