Azərbaycan millisi Avropa çempionatında yenə uduzdu
Qadın basketbolçulardan ibarət Azərbaycan milli komandası AVRO-2027-nin seçmə qrup mərhələsində növbəti görüşünü keçirib.
"Mediasport" xəbər verir ki, Evren Alkayanın baş məşqçisi olduğu kollektiv Latviyada Ukrayna seçməsinin qonağı olub.
Paytaxt Riqada reallaşan matç komandamızın növbəti məğlubiyyəti ilə yadda qalıb - 34:98.
Xatırladaq ki, basketbolçularımız qrupun əvvəlki oyunlarında Bolqarıstan (48:141) və Monteneqroya (62:104) da uduzublar.
