Milli komandamız Qəbələdə Pakistan yığması ilə qarşılaşacaq

Milli komandamız Qəbələdə Pakistan yığması ilə qarşılaşacaq

Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandası yoldaşlıq oyununa çıxacaq.

"Mediasport" xəbər verir ki, yığmamız Pakistandan olan həmyaşıdları ilə qarşılaşacaq.

Bu duel iyunun 9-da, saat 17:30-da Qəbələ şəhər stadionunda baş tutacaq.

Xatırladaq ki, U-20 millimiz baş məşqçi Ruy Jorjenin rəhbərliyi altında təlim-məşq toplanışını Qəbələdə davam etdirir.