Portuqaliya - Azərbaycan matçında əsas söz sahibi Kiprli referi olacaq

Portuqaliya - Azərbaycan matçında əsas söz sahibi Kiprli referi olacaq

Portuqaliya və Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandaları arasında keçirilməsi planlaşdırılan Avropa çempionatının seçmə qrup oyununu idarə edəcək hakimlər müəyyənləşib.

"Mediasport" xəbər verir ki, sentyabrın 5-də Barseluş şəhərində keçiriləcək oyunun baş hakimi Kiprdəndir.

Baş hakim Konstantinos Fellasa yan xətlərdə həmyerliləri Pavlos Georgiu və Giorgios Xaralampus, həmçinin Dimitris Solomu dördüncü hakim qismində kömək edəcəklər.

Oyun Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.