Millimizdən növbəti məğlubiyyət
20 yaşadək basketbolçu oğlanlardan ibarət Azərbaycan millisi FİBA Avropa Çempionatının B divizionunda üçüncü oyununu keçirib.
"Mediasport" xəbər verir ki, yığmamız 4-cü tur çərçivəsində Şimali Makedoniya kollektivi ilə üz-üzə gəlib.
Matç rəqibin qələbəsii lə yekunlaşıb - 67:57.
Beləliklə, İsveç, İrlandiya və Şimali Makedoniyaya uduzaraq qrup mərhələsini 5 xalla 4-cü sırada başa vuran basketbolçularımız 9-16-cı yerlər uğrunda mübarizə aparacaqlar.
Bu mərhələdə komandamızın rəqibi sabah İsveçrə millisi olacaq.


