"Sabah" litvalı baş məşqçi ilə yollarını ayırdı - RƏSMİ

"Sabah" litvalı baş məşqçi ilə yollarını ayırdı - RƏSMİ

"Sabah" Basketbol Klubu baş məşqçi Rimas Kurtinaytislə yollarını ayırıb.

"Mediasport" xəbər verir ki, tərəflər qarşılıqlı razılıq nəticəsində bu qərarı veriblər.

Çalışdırıcının kişilərdən ibarət basketbol üzrə Litva milli komandasındakı fəaliyyətinə daha çox diqqət ayırmaq istəyi nəzərə alınıb və əməkdaşlığın başa çatdırılması barədə qərar qəbul edilib.

Xatırladaq ki, Rimas Kurtinaytis 2024-cü ildən "Sabah"a rəhbərlik edirdi.

Bu müddətdə o, 3 dəfə çempionluq yaşayıb.