Azərbaycan klubları avrokuboklara səfər məğlubiyyəti ilə başladılar
Azərbaycanın iki basketbol klubu avrokubokların müntəzəm mövsümlərinə məğlubiyyətlə başlayıblar.
"Mediasport" xəbər verir ki, FİBA Çempionlar Liqasında təmsilçimiz A qrupunun ilk turunda "Ritas"la qarşılaşıb.
Litvada baş tutan görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 82:73.
"Neftçi" isə FİBA Avropa Kubokunun H qrupunda Yunanıstan səfərində "Mikonos"a uduzub - 58:78.
Avropa Kubokunun müntəzəm mövsümündə debüt edəcək "Gəncə" bu gün Türkiyədə "Esenler Erokspor" komandasının qonağı olacaq.
İstanbulda keçiriləcək C qrupunun qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
"LANDAU Lions" isə G qrupunun ilk turu çərçivəsində saat 19:00-da Bakı İdman Sarayında İsveçrənin "Lions de Geneve" klubunu qəbul edəcək.

