ABL-də 2-ci tur başlandı: "Neftçi" bölgə klubunu asan məğlub etdi

Basketbol üzrə Azərbaycan çempionatında 2-ci tur start götürüb.
"Mediasport" xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib.
“Neftçi” Bakı İdman Sarayında "Şəki"ni rahat məğlub edib - 92:68 (23:22, 22:16, 25:14, 22:16).
Bu gün iki qarşılaşma ilə davam edəcək tura oktyabrın 12-də yekun vurulacaq.
Azərbaycan Basketboı Liqası. 2-ci tur
10 oktyabr
15:00. "Quba" - "Ordu"
Quba Olimpiya İdman Kompleksi.
19:00 "Abşeron" - "Gəncə"
Bakı İdman Sarayı.
11 oktyabr
19:00. "Sabah" - NTD
Bakı. Milli Gimnastika Arenası.
12 oktyabr
14:00. "Sərhədçi" - "Lənkəran"
Bakı. “Sərhədçi” İdman Kompleksi.
19:00. "Naxçıvan" - "Sumqayıt"
Bakı İdman Sarayı.