Azərbaycan klublarının Avropa Kuboku duelini "Neftçi" qazandı

Azərbaycan klublarının Avropa Kuboku duelini "Neftçi" qazandı

Azərbaycanın basketbol klubları FİBA Avropa Kubokunun əsas mərhələsində növbəti oyunlarını keçiriblər.

"Mediasport" xəbər verir ki, I qrupunda yer alan iki təmsilçimiz - "Abşeron Lions" və "Neftçi" üçüncü tur çərçivəsində üz-üzə gəliblər.

Bakı İdman Sarayında baş tutan matç "ağ-qaralar"ın qələbəsi ilə yekunlaşıb - 104:86.

Xal ehtiyatını 5-ə çatdıran "Neftçi" qrupda liderliyə yüksəlib, 1 oyun az keçirmiş "Trefl"in (Polşa) 4 xalı var.

"Kalev" (Estoniya) 2 görüşdən sonra 3 xalla 3-cü, 3 tur oynamış "Abşeron Lions" isə 3 xalla sonuncu sırada qərarlaşıb.

Xatırladaq ki, "Abşeron Lions" daha əvvəl "Trefl" (96:99) və "Kalev"ə (85:93) uduzub.

"Neftçi" isə "Kalev"ə (95:84) qalib gəlib, "Trefl"ə məğlub olub (63:92).