Azərbaycan millisinin sabiq üzvü yeni klubunda ilk qolunu vurdu

Azərbaycan millisinin sabiq üzvü yeni klubunda ilk qolunu vurdu

Futbol üzrə Rusiya 1-ci liqasında 24-cü turun oyunları keçirilir.

"Mediasport" xəbər verir ki, Azərbaycan millisinin (U-19) sabiq üzvü Sadiq Bağıyevin formasını geyindiyi “Torpedo” “Nefteximik”lə üz-üzə gəlib.

Paytaxt klubu rəqibini 3 cavabsız qolla məğlub edib. Matça 45-ci dəqiqədə qoşulan həmyerlimiz 3 dəqiqə sonra komandasının ikinci qolunu vurub.

Bu, yarımmüdafiəçinin yeni klubunda ilk qolu olub.

“Torpedo” 24 turdan sonra 27 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.