Millimiz Beynəlxalq İnkişaf Turnirində 7 qolla məğlub oldu

 Millimiz Beynəlxalq İnkişaf Turnirində 7 qolla məğlub oldu

Azərbaycanın 18 yaşadək futbolçulardan ibarət millisi Belarusda start götürən Beynəlxalq İnkişaf Turnirində ilk oyununa çıxıb.

"Mediasport" xəbər verir ki, yığmamız Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.

Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydançasında keçiriləcən görüş rəqibin böyükhesablı qələbəsilə yekunlaşıb - 7:1.

Komandamızın heyətində qolu 58-ci dəqiqədə penaltidən Nicat Kərimov vurub.

U-18 turnir çərçivəsində fevralın 20-də Özbəkistan, 21-də Belarusla qarşılaşacaq.