DÇ-2026: Millimizin Ukrayna yığması ilə matçının yeri dəqiqləşdi

DÇ-2026: Millimizin Ukrayna yığması ilə matçının yeri dəqiqləşdi

Futbol üzrə Azərbaycan yığmasının DÇ-2026-nın seçmə qrup mərhələsində Ukrayna millisi ilə səfər oyununun keçiriləcəyi stadion dəqiqləşib.

"Mediasport" xəbər verir ki, qarşılaşmanın Polşada baş tutacaq.

D qrupunun 4-cü turunun matçı oktyabrın 13-də Vroxlav şəhərində "Şlensk" klubunun ev oyunlarını keçirdiyi "Tarçinski Arena"da reallaşacaq.

Görüş Bakı vaxtilə saat 22:45-də başlanacaq. Arenanın azarkeş tutumu 42 mindən çoxdur.