Milli komandamızın futbolçusu Türkiyə klubu ilə yollarını ayırdı

Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev Türkiyənin "Çorum" klubundan ayrılıb.
"Mediasport" xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Xatırladaq ki, yığmamızın üzvü Çorum klubuna bu ilin fevralında transfer edilmişdi.