"Ümid edirəm ki, bu mövsüm daha bir neçə qol vuracağam" - Mahir
“Mənim üçün çətin dövr idi. Son aylarda mənə kömək edən və reabilitasiya prosesində mənə dəstək olan hər kəsə təşəkkür edirəm".
"Mediasport" xəbər verir ki, bu sözləri Almaniyanın "Kayzerslautern" klubunun futbolçusu Mahir Emreli deyib.
3 aylıq zədə fasiləsindən sonra sıraya qayıdan Azərbaycan millisinin üzvü geridödünüşü şərh edib:
"Hazırda özümü oyunlara 85-90 faiz hazır hiss edirəm. Motivasiyam 100 faizdir. Daha çox oynamaq istəyirəm. Ümid edirəm ki, bu mövsüm daha bir neçə qol vuracağam".
Qeyd edək ki, 29 yaşlı hücumçu 2-ci Bundesliqanın 23-cü turunun "Pröyssen Münster"lə səfər görüşünün (3:2) 88-ci dəqiqəsində meydana çıxıb.
