"Mingəçevir" Premyer Liqa yolunda, "Səbail" 1-ci Liqada qaldı

"Mingəçevir" Premyer Liqa yolunda, "Səbail" 1-ci Liqada qaldı

Azərbaycan 1-ci Liqasında 2025/2026-cı illər mövsümünə yekun vurulub.

"Mediasport" xəbər verir ki, ikinci oyun günündə 3 qarşılaşma baş tutub.

"Mingəçevir" doğma azarkeşlər önündə "Səbail"i böyük hesabla məğlub edərək (4:1) Premyer Liqa üçün "Qəbələ" ilə pley-off oyununa vəsiqəni rəsmiləşdirib.

"Baku Sportinq" "Şahdağ Qusar"la heç-heçə (1:1) oynayıb və elitaya çıxmaq şansını itirib.

Xatırladaq ki, dünən reallaşan iki oyundan sonra "Difai" 2-ci Liqaya düşüb.

"Şimal" yarışda qalmaq üçün 2-ci Liqanın 2-cisi olmuş "Qaradağ Lökbatan"la pley-off görüşü keçirəcək.

"Şəfa" isə çempionluğunu əvvəldən rəsmiləşdirərək Premyer Liqaya vəsiqəni təmin edib.

Azərbaycan 1-ci Liqası. 27-ci tur

"Zaqatala" - "Şəfa" 2:1

Hakimlər: Ruslan Quliyev, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Elçin Abdullayev

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Namiq Əliyev

Zaqatala OİK stadionu.

"Şahdağ Qusar" - "Baku Sportinq" 1:1

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Taleh Məmmədov, Namiq Bəkirov

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: İlham Əliyev

Şamaxı OİK stadionu.

"Mingəçevir" - "Səbail" 4:1

Hakimlər: Elçin Məsiyev, Qəzənfər Məmmədov, Asif Abdullayev, Şamil İmanzadə

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Nəriman Axundov

Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança)