Məşhur azərbaycanlı 1-ci Liqa klubunun baş məşqçisi oldu

Məşhur azərbaycanlı 1-ci Liqa klubunun baş məşqçisi oldu

Futbol üzrə Azərbaycan milli komandasının və "Neftçi"nin sabiq hücumçusu Samir Ələkbərovun yeni iş yeri müəyyənləşib.

"Mediasport" xəbər verir ki, 57 yaşlı mütəxəssis 1-ci Liqa təmsilçisi "Baku Sportinq"in baş məşqçisi təyin edilib.

O bu vəzifədə Röyal Nəcəfovu əvəzləyib.

Xatırladaq ki, Ələkbərov bu təyinata qədər klubun akademiyasında çalışırdı.

O, məşqçi kimi "Neftçi", "Xəzər Lənkəran", "Sumqayıt" və "İrəvan" klublarında da işləyib.

"Baku Sportinq" 2025/2026 mövsümündə çempionatı 49 xalla 4-cü pillədə başa vurub.