Bölgə klubunun futbolçusu Albaniya klubuna keçdi - RƏSMİ

Bölgə klubunun futbolçusu Albaniya klubuna keçdi - RƏSMİ

"Mingəçevir"in qapıçısı Elməddin Məmmədov karyerasını Albaniyada davam etdirəcək.

"Mediasport" xəbər verir ki, 29 yaşlı qolkiper "Lüftetari" ilə 1+1 illik müqavilə imzalayıb.

Elməddin karyerası ərzində "Alqa", "Muras Yunayted" (hər ikisi Qırğızıstan), "Tsxinvali" (Gürcüstan) və "Yedinstvo Bihac" (Bosniya ve Herseqovina) klublarında da legioner həyatı yaşayıb.