"Neftçi" 3 legionerlə başa çatan müqavilələri uzatmadı - RƏSMİ

"Neftçi" 3 legionerlə başa çatan müqavilələri uzatmadı - RƏSMİ

"Neftçi" Vensan Abubakar, Edvin Kuç və Kristian Kostinlə yollarını ayırıb.

"Mediasport" xəbər verir ki, 2025-ci ilin oktyabrında transfer olunmuş Abubakar "ağ-qaralar"ın heyətində 18 matça çıxıb, 9 qol vurub.

O, Premyer Liqada meydana çıxdığı 16 oyunda 7 qola imza atmaqla, ortalama qol sayına görə 2025/26 mövsümünün ən yaxşılarındandır.

2024-cü ilin yayında transfer olunmuş Kuç paytaxt təmsilçisinin heyətində 44 rəsmi oyun keçirib, 1 qol vurub.

Kostin isə 2025-ci ilin yayından bu yana 7 rəsmi matçda forma geyinib.